DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini E.Xıdırov saxlanılmışdır

05.05.2021

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 250 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Xıdırov saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki mağazaların birindən 500 manat pul, 4800 manat dəyərində 40 ədəd mobil telefon və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.

05.05.2021 tarixinə olan kriminal məlumatlar