Aprelin 28-də Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-yə məxsus 90220 manat dəyərində avadanlığı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
05.05.2021Baş Cinayət Axtarışı İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-yə məxsus 90220 manat dəyərində 675 metr naqili, 6 ədəd birləşdiricini və elektrik lövhəsinin hissələrini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri A.Həşimov, E.Vəliyev, N.Atayev və S.Hümmətov saxlanılmışlar.