Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov saxlanılmışdır
05.05.2021Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.