Siyəzən rayonu ərazisindəki bir mağazadan oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Z.Hüseynov saxlanılmışdır
05.05.2021Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir mağazadan tütün məmulatı və spirtli içki, bir avtomobildən isə 350 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılmışdır.