Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
05.05.2021Mayın 4-də Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini V.Əzəmmədov ictimai yerdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.