DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
23.03.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ Polis Şöbəsi əməkdaşları Zabrat qəsəbə sakini Elmar Qasımovdan 0,285 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşları Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramiz Əliyevdən 0,274 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Zamid Mahmudovdan 0,304 qram heroin, Sabirabad RPŞ əməkdaşları Sabirabad şəhər sakini əvvəllər məhkum olunmuş irasət Hüseynovdan 1,1 qram heroin, DİN Baş Nəqliyyatda Mühafizə İdarəsi əməkdaşları Lənkəran şəhər sakini Şamil Baxşıyevdən 1,091 qram heroin, Balakən RPŞ və MTN-in rayon Şöbəsi əməkdaşları Balakən şəhər sakini əvvəllər məhkum olunmuş Anar Hüseynovun evinə baxış zamanı 2,2 qram və 7,2 qram çətənə toxumu aşkar edilərək götürülmüşdür.