Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaynı C.Zabitova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Yardımlı rayonunun Telavar kənd sakini H.Quliyev saxlanılmışdır

01.05.2021

Yardımlı Rayon Polis Şöbəsinə mayın 1-də Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur. Xəstəxanaya yerləşdirilmiş C.Zabitovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür.

Araşdırma aparılır.