Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini E.Sultanov müəyyən edilərək saxlanılmışdır

01.05.2021

Nəsimi RPİ 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.