Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini M.Şirinov müəyyən edilərək saxlanılmışdır

01.05.2021

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə mayın 1-də saat 1 radələrində H.Z.Tağıyev küçəsində naməlum şəxsin Bakı şəhər sakini olan bir yeniyetməyə zor tətbiq edib 50 manat pulunu alması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini M.Şirinov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.