Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini R.Xəlilovdan ümumilikdə 170 qram tiryək və 1 kiloqram 811 qram marixuana götürülmüşdür

01.05.2021

Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xəlilov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 54 qramdan artıq tiryək, 11 qramdan artıq marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 126 qram tiryək və 1 kiloqram 800 qram marixuana götürülmüşdür.