Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Oruc Ağaməmmədov saxlanılmışdır
30.04.2021Mingəçevir Şəhər Polis Şöbəsinə aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Keçirilmiş tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilmişdir.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərmiş, İmişli RPŞ Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobili vuraraq qaçmağa cəhd göstərmişdir.Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.