Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdaş rayonunun Ağzıbir kənd sakini M.Əliyevə məxsus həyətyanı sahədən 132 ədəd çətənə kolu, 138 qramdan artıq marixuana və müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür

30.04.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonunun Ağzıbir kənd sakini M.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 132 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə 138 qramdan artıq marixuana və müvafiq sənədləri olmayan “TOZ-34” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.  

30.04.2021 tarixinə olan kriminal məlumatlar