İşğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərmiş Bərdə rayon sakini Mənsim Aslanov saxlanılmışdır
30.04.2021Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərmişdir. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınmışdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılmışdır.
Qol nahiyəsindən yüngül xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.Araşdırma aparılır.