Nərimanov rayonunun Ş.İ.Xətai prospektində yol-nəqliyyat hadisəsi
01.05.2021Mayın 1-də saat 5 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vurub hadisə yerini tərk etmişdir.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılmışdır.Nərimanov RPİ tərəfindən araşdırma aparılır.