Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

30.04.2021

Aprelin 30-da saat 11 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Goranboy rayon sakini Rəhbər Hümbətovun idarə etdiyi “VAZ-21060” və Bərdə rayon sakini Y.Mejdinovun idarə etdiyi “QAZ-53” markalı (qoşqulu yük) avtomobilləri toqquşmuşdur. Nəticədə R.Hümbətov və 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, R.Hümbətov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

30.04.2021 tarixinə olan kriminal məlumatlar