Beyləqan şəhəri ərazisində Y.Cuvarlının idarə etdiyi “VAZ-21154” və S.Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur
26.04.2021Aprelin 25-də saat 10 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Y.Cuvarlının idarə etdiyi “VAZ-21154” və S.Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Y.Cuvarlının xəsarət almış sərnişini Könül Cəfərova xəstəxanaya yerləşdirilmiş və aprelin 26-da orada ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.