Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Y.İmamnəzərov saxlanılmışdır
26.04.2021Nərimanov RPİ 16-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Y.İmamnəzərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 360 qramdan artıq heroin və 150 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.