Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay şəhəri ərazisində idarə etdiyi avtomobilin konstruksiyasında dəyişiklik olunduğuna görə saxlanılan İ.İsmayıllının benzinlə özünü yandırmasının qarşısı alınmışdır

26.04.2021

Aprelin 26-da saat 12 radələrində Göyçay şəhəri ərazisində İsmayıllı rayon sakini İ.İsmayıllının idarə etdiyi “VAZ-2106” markalı avtomobil konstruksiyasında dəyişiklik olunduğuna görə polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir.

Bundan  sonra sürücü sol qolunun bilək nahiyəsinə ülgüclə xəsarət yetirmiş və benzinlə özünü yandırmağa cəhd göstərərkən polis əməkdaşları tərəfindən qarşısı alınmışdır.

Duracağa çağırılmış təcili tibbi yardım məntəqəsinin işçiləri tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və toplanmış materialla birgə rayon prokurorluğuna göndərilmişdir.

26.04.2021 tarixinə olan kriminal məlumatlar