Quldurluq etməkdə şübhəli bilinən Kürdəmir rayonunun Sığırlı kənd sakini Q.Qaçayev saxlanılmışdır
24.04.2021Kürdəmir RPŞ-yə müraciət edən Sığırlı kənd sakini S.Qurbanov aprelin 23-də saat 23 radələrində işlədiyi mağazaya gəlmiş bir nəfərin onu döyərək 600 manat pul və danışıq kartları apardığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini Q.Qaçayev müəyyən edilərək saxlanılmışdır.