Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini E.Zeyniyev avtomobillə birlikdə saxlanılmışdır

24.04.2021

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə müraciət edən B.Əhmədov aprelin 24-də Ramana qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeyniyev avtomobillə birlikdə saxlanılmışdır.

Araşdırma aparılır.

24.04.2021 tarixinə olan kriminal məlumatlar