Masallı şəhər sakini E.Babayevin yanacağı üzərinə tökərək özünü yandırmağa cəhdinin qarşısı alınmışdır
24.04.2021Aprelin 24-də saat 01.30 radələrində Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərmişdir.
Masallı Rayon Mühafizə Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində cəhdin qarşısı alınmış və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilmişdir.
E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərməsini bildirmişdir.Araşdırmalar aparılır.