Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini F.Seyidovaya soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini E.Səfərov saxlanılmışdır

20.04.2021

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Seyidova aprelin 20-də Sədərək ticarət mərkəzində bir nəfərin onun cibindən mobil telefonunu açıq talama yolu ilə apardığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

20.04.2021 tarixinə olan kriminal məlumatlar