Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göygöl şəhərində münaqişə zəminində E.Ağakişiyevin işlətdiyi kafenin stol və stullarını yandırmaqda və ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməkdə şübhəli bilinən A.Hüseynov saxlanılmışdır

20.04.2021

Aprelin 19-da Göygöl şəhərində A.Hüseynovun münaqişə zəminində E.Ağakişiyevin işlətdiyi kafenin qarşısına yığdığı stol və stulları yandırması və ov tüfəngi ilə onu öldürəcəyi ilə hədələməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov saxlanılmışdır. Onun evinə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi, 19 ədəd patron və 1 ədəd patron kəməri aşkar edilərək götürülmüşdür.

20.04.2021 tarixinə olan kriminal məlumatlar