Bakı şəhər sakini Ə.Mustafayevi bıçaqla hədələyib pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən S.Nəsirli saxlanılmışdır
20.04.2021Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini Ə.Mustafayevi bıçaqla hədələyib 45 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini S.Nəsirli saxlanılmışdır.