DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə iki piyada vurulmuşdur

15.04.2021

Aprelin 15-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qəsəbə sakini M.Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən İ.Öztürkü və M.Turanı vurmuşdur. Nəticədə İ.Öztürk aldığı xəsarətlərdən hadisə yerində ölmüş, M.Turan xəstəxanaya yerləşdirilmişdir.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

15.04.2021 tarixinə olan kriminal məlumatlar