Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Balakən rayon sakini R.Zodorovaya qarşı quldurluq etməkdə şübhəli bilinən həmkəndliləri N.Teneşov və S.Abdulhamidov saxlanılmışlar

14.04.2021

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 8-də Katex kənd sakini R.Zodorovanın yaşadığı evə girib onu bıçaqla hədələmiş, əllərini və ağzını iplə bağlayıb 170 manat pulunu, qızıl-zinət əşyalarını və mobil telefonunu almaqda şübhəli bilinən həmkəndliləri N.Teneşov və S.Abdulhamidov saxlanılmışlar.

Ətraflarında aparılmış tədbirlərlə onların Katex kəndindəki daha 3 evdən ümumilikdə 4055 manat, 15.000 rubl (330 manat) pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

14.04.2021 tarixinə olan kriminal məlumatlar