Balakən rayon sakini R.Zodorovaya qarşı quldurluq etməkdə şübhəli bilinən həmkəndliləri N.Teneşov və S.Abdulhamidov saxlanılmışlar
14.04.2021Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 8-də Katex kənd sakini R.Zodorovanın yaşadığı evə girib onu bıçaqla hədələmiş, əllərini və ağzını iplə bağlayıb 170 manat pulunu, qızıl-zinət əşyalarını və mobil telefonunu almaqda şübhəli bilinən həmkəndliləri N.Teneşov və S.Abdulhamidov saxlanılmışlar.
Ətraflarında aparılmış tədbirlərlə onların Katex kəndindəki daha 3 evdən ümumilikdə 4055 manat, 15.000 rubl (330 manat) pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir.