Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu 2-ci Alatava yaşayış sahəsindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini A.Babayev saxlanılmışdır

10.04.2021

Aprelin 9-da saat 23 radələrində Nəsimi rayonu 2-ci Alatava yaşayış sahəsindəki marketlərin birindən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur.

Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini A.Babayev saxlanılaraq Nəsimi RPİ 20-ci Polis Bölməsinə təhvil verilmişdir.

Araşdırma aparılır.