Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması müəyyən edilib

10.04.2021

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Aprelin 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi,  Nəsimi və Nərimanov  Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdikləri növbəti belə reydlər nəticəsində köşk və mağazalarda satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – C.Muradov və Ü.Səlimovun  barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.