Yevlax şəhər sakini İ.Məcidova xəsarət yetirərək onun “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Ağcabədi şəhər sakini E.Ələsgərov və Gəncə şəhər sakini C.Quliyev saxlanılmışlar
10.04.2021Aprelin 7-də Yevlax şəhəri ərazisində şəhər sakini İ.Məcidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin Beyləqan rayonuna getmək istədikləri, lakin Avşar kəndi ərazisində sürücünün baş nahiyəsinə küt alətlə xəsarət yetirib nəqliyyat vasitəsində hadisə yerini tərk etmələri barədə Ağcabədi RPŞ-yə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərov və Gəncə şəhər sakini C.Quliyev Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağcabədi RPŞ-yə təhvil verilmişlər. Avtomobil müvəqqəti duracağa yerləşdirilmişdir.
Ətraflarında aparılmış tədbirlərlə onların Ağcabədi rayonu ərazisindəki iki yardımçı təsərrüfatdan ümumilikdə 19 baş qoyun oğurlamaları müəyyən edilmişdir.Onlar izahatlarında cari ilin mart ayında Tərtər rayonu ərazisində daha 11 baş qoyun oğurlamalarınıda bildirmişlər.