Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Musayev Sabunçu rayonu ərazisində saxlanılmışdır

06.04.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Musayev Sabunçu rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki təmir işləri ilə məşğul olduğu obyektə baxış zamanı oradan 1 kiloqram 372 qrama yaxın heroin, 1 kiloqram 220 qram marixuana, 22 qrama yaxın metamfetamin, 318 ədəd metadon, 177 ədəd metelin həbi və 2 ədəd elektron tərəzi götürülmüşdür.

06.04.2021 tarixinə olan kriminal məlumatlar