Sumqayıt şəhəri ərazisindəki iki mağazadan oğurluq etməkdə şübhəli bilinən M.Vəliyev saxlanılmışdır
06.04.2021Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-dən martın 6-dək olan müddətdə şəhər ərazisindəki iki mağazadan 335 manat pul, tütün məmulatı və içkilər oğurlamaqda şübhəli bilinən Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Vəliyev saxlanılmışdır.