Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Hacıyev saxlanılmışdır
06.04.2021Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 120 qram marixuana və heroin aşkar edilərək götürülmüşdür.