Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Quluzadə saxlanılmışdır
06.04.2021Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quluzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 39 qrama yaxın tiryək, müvafiq sənədləri olmayan lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngi və 2 ədəd patron götürülmüşdür.