Nəqliyyat vasitəsi qaçırmağa cəhd göstərməkdə şübhəli bilinən Tovuz şəhər sakini F.İsgəndərov müəyyən edilərək saxlanılmışdır
05.04.2021Aprelin 5-də Tovuz RPŞ-yə müraciət edən şəhər sakini F.Abdullayev gecə saat 3 radələrində M.P.Vaqif küçəsindən bir nəfərin ona məxsus “Mercedes” markalı avtomobili qaçırmağa cəhd göstərdiyini bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakini F.İsgəndərov müəyyən edilərək saxlanılmışdır.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.