Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini O.Qasımova məxsus restoranda M.Mərdanovun özünə toy mərasimi keçirməsi müəyyən edilmişdir

05.04.2021

Göygöl RPŞ-nin əməkdaşları tərəfindən aprelin 5-də Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini O.Qasımova məxsus restoranda rayon sakini M.Mərdanovun özünə toy mərasimi keçirməsi müəyyən edilmişdir.
Polis əməkdaşları tərəfindən restoranın sahibi O.Qasımov barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə protokol tərtib olunaraq 4000 manat məbləğində cərimə edilmiş, M.Mərdanov və qonaqları olan 29 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə edilmişlər.