Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.04.2021Aprelin 5-də saat 12 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Yeni Həyat kənd sakini E.Salahov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini C.Məmmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.