Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır
28.03.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılmışdır.