Oğurluqda şübhəli bilinən Şamaxı şəhər sakini A.Mahmudov və Bakı şəhər sakini O.Həsənov saxlanılmışlar
28.03.2021Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 3000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Mahmudov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Həsənov saxlanılmışlar.
A.Mahmudovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri olan iki nəfərlə birgə daha bir evdən 12.000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə onlardan N.Heydərov saxlanılmışdır.