Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İmişli şəhər sakini İ.Hüseynlidən 760 qram heroin, 1 kiloqram 585 qram marixuana və 980 qram metamfetamin aşkar edilərək götürülmüşdür
28.03.2021İmişli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 760 qram heroin, 1 kiloqram 585 qram marixuana və 980 qram metamfetamin aşkar edilərək götürülmüşdür.