Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılmışlar

28.03.2021

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət – profilaktik tədbirləri davam etdirir.

Martın 27-də və 28-də Masallı, Zaqatala və Hacıqabul Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılmışlar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunmuşdur.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparmış, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılmış, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılmışdır.

28.03.2021 tarixinə olan kriminal məlumatlar