Sumqayıt şəhəri ərazisində ödəmə terminallarının birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
24.03.2021Martın 24-də saat 3 radələrində Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilmişdir.
Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.