Gəncə şəhərindəki mənzillərdən birinin zirzəmisindən oğurluq törətməkdə şübhəli bilinən şəhər sakini K.Məmmədov saxlanılmışdır
24.03.2021Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhərindəki mənzillərin birinin zirzəmisindən 650 manat dəyərində samovar və məişət əşyası oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dəmir sexlərinin birindən təmir alətləri, elektrik naqili, bir qarajdan velosiped, 2 avtomobildən maqnitofon, akkumulyator və bir yarımtikili evin qarşısından su çəni oğurlaması da müəyyən edilmişdir.