Sumqayıt şəhər Corat qəsəbə sakini İ.Abdullayevdən heroin və 470 qram çəkidə marixuana aşkar edilərək götürülmüşdür
20.03.2021Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və 470 qram çəkidə marixuana aşkar edilərək götürülmüşdür.