"Akkord" MMC-dən oğurluq etmiş şəxslər tutulmuşlar
17.03.2008Cari ilin yanvar ayında Nərimanov rayonundakı A.Nemətulla küçəsindəki "Akkord" MMC-dən 195 kiloqram mis məftil, 130 kiloqram qurğuşun qırıntıları və 4,5 ton metal boru oğurlanmışdır. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun, oranın fəhlələri Aslan Cəlilov, Fəqan Yusifov, Eyvaz Əliyev Qəşəm Mehdiyev və Cəbrayıl rayon sakini Famil Şükürov tərəfindən törədilməsi müəyyən edilmişdir.