Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN ÇPA və Xətai RPİ əməkdaşları Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Namiq İbrahimovdan 0,226 qram heroin, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ əməkdaşları Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlham Sadıxovdan 0,245 qram heroin, Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Binə qəsəbə sakini Əmirmirzə Əsədullayevdən 0,250 qram heroin götürmüşlər. Kürdəmir rayonunun Qaragünə kənd sakini Həşim Əliyev 0,31 qram heroini könüllü olaraq RPŞ-yə təhvil vermişdir. H.Əliyevə narkotik vasitəni vermiş Əli Bayramlı şəhər sakini Elxan Şatayev tutulmuş və ondan 1 ədəd şpris götürülmüşdür.