Tovuz rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
11.03.2021Martın 11-də Tovuz Rayon Polis Şöbəsinə Abulbəyli kəndi ərazisindən kənd sakini V.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün kəndin ərazisində əzilmiş vəziyyətdə tapılmışdır. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri E.Abbasov və İ.Sadıqov müəyyən edilərək saxlanılmışlar.
Tovuz RPŞ-də araşdırma aparılır.