Narkotik vasitə ilə tutulmuş R.Hüseynovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
09.03.2021Narkotik vasitə ilə tutulmuş R.Hüseynovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini X.İsayevlə birgə yük avtomobilləri parkından 150.000 manat dəyərində 15 ədəd avtomobil soyuducusu, 15 ədəd akkumulyator, 15 ədəd soyuducu mühərriki, boru və kabellər oğurlaması da müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri ilə X.İsayev də saxlanılmışdır.