Suraxanı rayonu ərazisində “Toyota” və “KİA” markalı avtomobillər toqquşmuşdur
05.03.2021Martın 5-də saat 7 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakinləri G.İsmayılovun idarə etdiyi “Toyota” və İ.Şükürovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə G.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər sürücü və avtomobillərdəki sərnişinlər xəstəxanaya yerləşdirilmişlər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.