Xızı rayonunun Şorabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
01.03.2021Martın 1-də saat 9 radələrində Xızı rayonunun Şorabad qəsəbəsi ərazisində RF vətəndaşı R.Kairov idarə etdiyi “Scania” markalı qoşqulu yük avtomobilini qarşıda gedən qəsəbə sakini Həsənəli Səfərovun idarə etdiyi “Belarus” markalı traktora vurmuşdur. Nəticədə H.Səfərov hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.